21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Deputatdan "Relax"dakı davaya MÜNASİBƏT

20.08.2019

Milli Məclisin deputatı İqbal Məmmədov "Relaks" istirahət və turizm mərkəzində baş verən insidentlə əlaqədar KİV-də yayılan məlumatlara aydınlıq gətirib.
"Report"un xəbərinə görə, deputat bildirib ki, həmin istirahət mərkəzinin təsisçisi və rəhbəri onun qardaşı oğlu Məmmədov Çingiz Nəriman oğludur:
"İstirahət mərkəzində baş vermiş insidentlə əlaqədar dərin təəssüf hissi keçirir və mərkəzin əməkdaşlarının hərəkətlərini qəti şəkildə pisləyirəm. Mənə məzuniyyətdən qayıtdıqdan sonra bu barədə məlumat verdilər. Vergilər Nazirliyi tərəfindən aparılan araşdırmalara köməklik məqsədilə yoxlama komissiyasına zəruri sənədlərin təqdim olunması təmin ediləcək.
Ümid edirəm ki, qanun pozuntularına yol vermiş şəxslər barəsində qanunamüvafiq qərarlar qəbul olunacaq".