İsrailin şok Fələstin PLANI
20.08.2019
İsrail hökuməti ötən ildən bəri fələstinliləri başqa ölkələrə köçürməyə çalışır.
Bu barədə "Yedioth Ahronoth” qəzeti məlumat yayıb.
Məlumata görə, 1 ildir İsrail hökumətində bununla işlər görülür və ölkənin cənubundakı Negev şəhərində köçürülmənin həyata keçirilməsi məqsədilə hava limanı tikintisi planlaşdırılır.
Qəzet bildirib ki, İsrail Yaxın Şərqdəki bəzi ölkələrə müraciət edərək köçkünləri qəbul etmələrini istəyib, amma müsbət cavab ala bilməyib.
Amma buna baxmayaraq təkcə 2018-ci ildə Qəzzadan 35 min fələstinli köçüb.