Silahlı hücum: 6 nəfər öldürüldü
20.08.2019
Meksikanın Samora şəhərində (Miçoakan ştatı) naməlum silahlılar bir qrup insana hücum edib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, insident nəticəsində 6 nəfər həlak olub. Onlardan 4-ü kişi, 2-si isə qadın olub.
Bildirilir ki, hücum baş verən rayonda bir neçə cinayətkar qruplaşma ərazi üzərində nəzarəti səbəbindən mübarizə aparır.