ABŞ: Maduro ətrafına etibar edə bilmir
20.08.2019
Venesuela Prezidenti Nikolas Maduronun ən yaxın silahdaşları onu devrmək üçün ABŞ-la danışıqlara başlamaq istədiklərini söyləyib.
Dövran Media "TASS”a istinadla xəbər verir ki, bu barədə Dövlət Departamentinin nümayəndəsi məlumat yayıb.
O qeyd edib ki, son aylarda Venesuela prezidentinin onlarla ən yaxın müttəfiqləri ölkə rəhbərini devirmək üçün ABŞ-la danışıqlara başlamağa çalışıb: "Nikolas Maduro ətrafına etibar edə bilmədiyindən çox qorxur. Son aylarda onlarla Maduronun yaxın müttəfiqləri onun istefasına nail olmaq məqsədilə ABŞ-la danışıqlara girməyə çalışıb".
Departament nümayəndəsi bildirib ki, ABŞ siyasəti və Venesuela xalqının iradəsi açıq şəkildə "öz təsirini” göstərir: "Maduro açıq şəkildə hər hansı bir daxili dəstəkdən və maliyədən təcrid olunub ki, bu da onun legitimlik qazanmasına imkan vermir".