Tramp Consonla "Brexit"i müzakirə edib
20.08.2019
ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın baş naziri Boris Conson arasında telefon danışığı olub.
Dövran Media Trend-ə istinadən bildirir ki, bu barədə Ağ Evin yaydığı bəyanatda deyilir.
Məlumatda bildirilir: "Baş nazir Conson prezidenti "Brexit" haqqında məlumatlandırıb".
Qeyd edilir ki, D.Tramp B.Conson ilə Fransada keçiriləcək G7 sammitində görüşü səbirsizliklə gözləyir.
Bildirilir ki, tərəflər həmçinin ticarəti və iqtisadiyyatı müzakirə ediblər.