Putin: “Normandiya formatı”nın alternativi yoxdur”
20.08.2019
"Ukrayna münaqişəsinin həlli ilə bağlı "Normandiya formatı”na alternativ yoxdur”.
Bunu Rusiya prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla görüşündə bildirib.
O, Makronla bu formatın işini müzakirə edəcəyini söyləyib. Putin əfv və Donbasa xüsusi statusun verilməsi olan, əvvəlcədən əldə olunan razılaşmaları da xatırladıb: "Bir sıra məsələlər var ki, biz bunlar barədə razılaşmalıyıq. Mənə elə gəlir ki, biz bu gün bu mövzunu müzakirə edəcəyik. Bunu mütləq etməliyik. Fikrimcə, "Normandiya formatı”na alternativ mövcud deyil”.