Müxalifət lideri dindirilməyə çağırıldı
20.08.2019
Qırğızıstanın müxalif Respublika Partiyasının məşhur lideri Omurbek Babanov Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinə dindirilməyə çağırılıb.
Bu barədə məlumatı komitənin mətbuat xidməti yayıb. Onun komitədə Baş Prokurorluğun açdığı cinayət işi üzrə şahid kimi dindiriləcəyi bildirilib.
Qeyd edək ki, Omurbek Babanov avqustun 9-da ölkəyə geri dönüb. 2017-ci ildə hazırkı prezident Sooronbay Jeenbekova məğlub olduqdan sonra təzyiqlər altında ölkəni tərk edən Babanova qarşı həmçinin cinayət işi də açılmışdı.