Türkiyə ordusu Suriyada atəşə tutuldu
19.08.2019
Suriyanın İdlib əyalətində Türkiyə ordusunun zirehli texnikasından ibarət konvoy atəşə tutulub.
Trend-in məlumatına görə, konvoy bir postdan digərinə hərəkət edərkən hücuma məruz qalıb.
Qeyd olunur ki, itkilərin qeydə alınmaması üçün konvoy hərəkəti dayandırıb.
Atəşin Suriya ordusu tərəfindən açıldığı deyilir. Türkiyə ordu rəhbərliyi bölgəyə dronlar göndərib.