“Mançester” - “Barselona” oyunu hakimimizə TAPŞIRILDI
18.04.2018
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA Gənclər Liqasının yarımfinal mərhələsinin oyununa təyinat alıb.
"Dövran Media" xəbər verir ki, o, UEFA Gənclər Liqasının yarımfinal mərhələsi çərçivəsində aprelin 20-də Nyon şəhərindəki "Kolovra” stadionunda keçiriləcək "Mançester Siti”– "Barselona” oyununu idarə edəcək.
Ağayevin köməkçiləri Zeynal Zeynalov və Akif Əmirli olacaq. Dördüncü hakim funksiyasını Sandro Şarer (İsveçrə) yerinə yetirəcək.