Adam olmağın 9 ŞƏRTİ: İzahlı FOTOLAR
18.04.2018
Asiya bölgəsinin ən qədim dili olan sanskritcədə, insan olmağın doqquz şərti belə izah edilir.
"Dövran Media"aşağıdakı fotolarla məhz həmin şərtlərin nədən ibarət olduğunu oxuculara təqdim edir:
Qeyd edək ki, sanskrit Hind-Avropa dil qrupunun Hind-İran qoluna aid olan ən qədim rəsmi dilidir.
Bəhs etdiyimiz şərtlər sizi təkcə normal insan olmağınıza deyil, eyni zamanda sizin daima özünüzüxoşbəxt hiss etməyinizə kömək edəcək. Anlayışınızı, həyata baxışınızı və davranışlarınızı bütün gücü ilə səhmana salacaq. Təbii ki, bu şərtlərə əməl edəcəyiniz təqdirdə.
1. Tək bir bədəniniz olduğunu əsla unutmayın
Hamınızın tək bir bədəni var. Demək onu bəsləməyimiz və ona yaxşı baxmağımız gərəkdir. Nə qədər varlı və ya nə qədər güclü olmağınız önəmli deyil, başqa bir bədənə sahib olmağımız ya da sona qədər gənc qala bilməyiniz mümkünsüzdür. Bu səbəbdən də sağlamlığınıza dəyər verməyi bacarmalı və vücudunuzdakı hər bir orqana xususi diqqət yetirməlisiniz.
2. Hayatda öğrənməyi heç vaxt tərk etməyəcəksiniz.
Öldüyünüz günə qədər öyrənəcəksiz. Həyatdakı ilk dərs doğulduğunuz an başlayır. Yəni nəfəs almaq kimi ağır bir dərs öyrənirsiz ilk dəfə. Və beləcə yeni doğulan bir körpə ilk nəfəsi ciyərlərinə çəkdiyi an ağlamağa başlayır. Həyatınızın son gününə qədər nə isə öyrənməyə çalışacaqsınız. Bu düşüncə tərzini əsla unutmayacaqsınız.
3.Səhv yoxdur sadəcə dərslər var.
Sadəcə bunu unutmamağınız yetərlidir. Səhvləriniz sizin ən vacib dərslərinizdir. Bu cür düşüncə sizə ən yaxşı insan olmağı öyrədəcək. Bu yolla siz təkrar-təkrar eyni səhvi etməyəcəksiniz.
4. Öyrənilənədək bir dərs mütləq təkrarlanmalıdır.
Nəticədə öyrənənə qədər eyni dərsi təkrar-təkrar yaşayacaqsınız. Yalnız o zaman növbəti dərsə keçəcəksiniz.
5. Öyrənməyin yaş həddi yoxdur.
Sahib olduğunuz dərslərin sonu yoxdur. Nəfəs aldığınız müddət ərzində həyat hər addımda sizi öyrətməyə davam edəcək.
6. Sizin əlinizdə olan nə varsa dünyanın ən dəyərlisi də odur.
Həyatın sizə verdiyi şeyləri qəbul etməlisiniz. sahib olduqlarınıza görə xoşbəxtlik hissi yaşamalısınız. Nə istədiyinizə diqqət etməli və hər zaman ehtiyacınız olan qədərlə xoşbəxt olmağı bacarmalısınız.
7. Başqaları sadəcə sənin aynalarındır, bunu unutma!
Bir insana sadəcə onun var olduğuna görə nifrət etmək doğru sayılmaz. Təbii ki, kiməsə hansısa səbəbə görə nifrət etmək olar. Amma unutmayın ki, nifrətinizin əsl səbəbi böyük ehtimal ilə sevmədyiniz hansısa xarakteri o adamda kəşf etdiyiniz üçündür
8. Məsuliyyət götürməkdən qorxmayın
Öz taleyinizin kralı sizsiniz və gələcəyiniz, verəcəyiniz qərarlara bilavasitə bağlıdır. Əlbətdə ki, hər bir insanın yaşamaqda bir məqsədi var. Amma bizim həyatda dönüş nöqtələrimiz əməllərimiz və qərarlarımız tərəfindən əhatələnir. Məhz bu səbəbdən, kim olduğunuz və nə etdiyiniz üçün cavabdehlik daşımağınız şərtdir.
9. Öz içinizdəki cavabları araşdırmaqdan qaçmayın
Varlığınızın məqsədinin nə olduğunu bilmək istəyirsizsinizsə, ruhunuza daha dərin dalmağı bacarmalısınız. Bütün cavablar sizin içinizdə yatır. Amma onlar çox qiymətlidirlər, onları kəşf etmək üçün çox çalışmalısınız. Qısacası özünüzə mümkün qədər zaman ayırın və daima ruhunuzu bəsləyin.