03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Almaniya-ABŞ münasibətləri dibə yuvarlanır

19.08.2019

Siyasi və iqtisadi məsələlərdə fikir ayrılığı,Vaşinqton tərəfindən daimi təhdidlər ucbatından Almaniya-ABŞ münasibətləri dibə yuvarlanıb.
Bu iddia ilə "Der Şpiqel” jurnalı çıxış edib.
Jurnal ABŞ-ın Almaniyadakı səfiri vəzifəsini Riçard Qrenel tutduqdan sonra tərəflər arasında vəziyyətin kəskinləşdiyini bildirib. Qrenelin davranışları ucbatından alman məmurların artıq səfirdən üz çevirdiyi, Angela Merkelin onunla ünsiyyət qurmadığı, Xarici İşlər naziri Hayko Maasın isə amerikalı diplomatla qısa görüşlərə üstünlük verdiyi vurğulanıb.
"Der Şpiqel” tərəflər arasında İran, hərbi xərclərin artırılması məsələsində fikir ayrılığının olduğunu, eləcə də ticarət konfliktinin aparıldığını qeyd edib:
"Almaniya əhalisi heç vaxt bu qədər ABŞ-a qarşı pis münasibət bəsləməyib. Hazırda almanların 85%-i ABŞ-a neqativ yanaşırlar. Berlin ümid edir ki, Trampın prezidentliyi bitdiyi gün yenidən transatlantik əməkdaşlığın köhnə xoş günlərinə dönmək mümkün olacaq. Əslində isə bu, illüziyadır. Belə ki, münasibətlər heç bir zaman əvvəlki kimi olmayacaq. İndiki ABŞ liderinin rəqibləri olan demokratlar da Avropaya qarşı bəzi məsələlərdə Trampla eyni mövqeyi paylaşırlar. Ona görə də Tramp prezidentlikdən getdikdən sonra Almaniya ABŞ üçün narahat tərəfdaş olaraq qalacaq”.