Dəhşətli partlayışı İŞİD törədib
18.08.2019
İŞİD terror təşkilatı Kabildə toy mərasimi zamanı törədilən partlayışı öz üzərinə götürüb.
Bu barədə "Röyter” məlumat yayıb.
Qeyd edək ki, dünən yerli vaxtla saat 22:40-da toy zalında baş verən patlayış nəticəsində 63 nəfər həlak olmuş, 180 nəfər də yaralanmışdı. Taliban terror təşkilatı verdiyi bəyanatda partlayışın onlar tərəfindən törədilmədiyini bildirilmişdi.