21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Səlcuqların məşhur gürcü şahzadəsinin qəbri tapıldı

17.08.2019

Arxeoloqlar Türkiyədə Gürcü Xatunun qəbrini tapıblar.
Bu məlumatı Gürcüstanın Türkiyədəki Səfirliyi yayıb. Məlumata görə, qəbir Ərzurumun Pasinler rayonu yaxınlığında aşkarlanıb. Səfirlik məsələnin detallı araşdırılmasıyla məşğul olduğunu bildirib.
Qeyd edək ki, Gürcü Xatun Gürcü çarlığının Baqrationlar sülaləsindən olan rəhbərləri Rusudanın qızı və Tamaranın nəvəsidir. Əsl adı Tamara Gürcü Xatuna sonrakı adı Anadolu Səlcuqlu dövlətində verilib. Belə ki, o, Anadolu Səlcuqlu hökmdarı II Qiyasəddin Keyxosrovla evlənib. Bu evlilikdən Anadolu Səlcuqlu dövlətinin sonrakı hökmdarı I Əlaəddin Keyqubad dünyaya gəlib. Keyxosrovun ölümündən sonra monqollardan xilas olmaq üçün ermənilərə sığına Gürcü Xatun və Keyxosrovun anası Hunat Xatun satqınçılığa məruz qalaraq monqollara təhvil verilmiş, bunun ardınca isə o məcburi şəkildə Anadolu Səlcuqlularının vəziri Pərvanə Muinəddinlə evləndirilmişdi. Bu evlilikdən sonra Gürcü Xatun dini dəyişərək islamı qəbul etmişdi.
Gürcü Xatun tarixdə həmçinin Mövlanə Cəlaləddin Ruminin hamisi kimi də tanınmışdı.