Trampın almaq istədiyi adanın qiyməti - 10 trilyon DOLLAR
17.08.2019
Rusiyalı professor Konstantin Ordov Qrenlandiya adasının satış dəyərini açıqlayıb.
"Dövran Media" "RİA Novosti”yə istinadən xəbər verir ki, Ordov ABŞ-ın almaq istədiyi adanın qiymətinin 10 trilyon dollar ola biləcəyini deyib. Onun sözlərinə görə, bu qiymət ABŞ-ın ümumdaxili məhsulunun yarısı miqdarındadır.
Ordov adanın qiymətini kiçik adaların satış qiymətlərinə uyğun hesablayıb. Professor hazırda kiçik adaların satışı zamanı onların hər kvadrat kilometri üçün 5 milyon dollar istənildiyini bildirib.
Qeyd edək ki, bundan öncə ABŞ mətbuatı Trampın Qrenlandiyanı almaq barədə fikirləşdiyi haqqında məlumat yaymışdı.