Putin onu istefaya göndərir
16.08.2019
Rusiya prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Sergey Qlazev istefaya gedir.
Bu məlumatı "İzvestiya” qəzeti özünün mənbələrinə istinadən yayıb. Məlumata görə, Qlazev Avrasiya İqtisadi Komissiyasında (AİK) inteqrasiya və makroiqtisadiyyat naziri vəzifəsini tutacaq. Hazırda AİK-də inteqrasiya və makroiqtisadiyyat naziri olan Tatyana Valovanın öz növbəsində BMT-nin Cenevrə ofisinə rəhbərlik edəcəyi vurğulanıb. Qlazevin bu vəzifəyə 1 oktyabrda təyin ediləcəyi bildirilib.
Qəzetin başqa bir mənbəsi isə Qlazevin adıçəkilən vəzifəyə təyinatının məntiqli olduğunu bildirib. Belə ki, mənbə onun hazırda Kremldə vahid Avrasiya İttifaqı iqtisadi məkanının formalaşdırılmasına görə məsuliyyət daşıdığını deyib.