Onlara general rütbəsi verildi - SƏRƏNCAM
16.08.2019
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Dövran Media sərəncamın mətnini təqdim edir:
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:
"general-leytenant” hərbi rütbəsi
general-mayor Abbas Sultan oğlu Xəlilova
general-mayor Ehram Arif oğlu Hacıyevə
"general-mayor” hərbi rütbəsi
polkovnik Ramin Sabir oğlu Bağırova
"kontr-admiral” hərbi rütbəsi
1-ci dərəcəli kapitan Abbas Hüseyn oğlu Qiyasova
1-ci dərəcəli kapitan Ziyad Balakərim oğlu Ağayevə