Çexiya şirkəti Azərbaycandakı filialını bağlayıb
16.08.2019
Çexiyanın "ANGLAPAS.R.O." şirkəti Azərbaycandakı filialını bağladığını elan edib.
"APA-Economics”in Vergilər Nazirliyinə istinadən verdiyi məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini AZ1102 Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, ev 2C, mənzil ünvanına bildirə bilərlər.
Qeyd edək ki, bu şirkət tikinti sənayesində, dəmir yolu və yeraltı yolların, yaşayış və qeyri-yaşayış binalarının inşası ilə məşğuldur.