ABŞ hər kəsi təhdid etdi
16.08.2019
İran neftini daşıyan Qreys-1 tankerinin ekipajını ağır nəticələr gözləyir.
Bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Morqan Ortaqus deyib.
Qreys-1 İran İslam İnqilabı Keşikçiləri Korpusuna yardım edib, İrandan Suriyaya neft daşıyıb. Bu, Qreys-1-lə əlaqəli olan hər kəs üçün ciddi nəticələrə gətirib çıxara bilər”, - o bildirib.
Qeyd edək ki, Britaniya bir müddət öncə Cəbəllütariqdə saxlanılan Qreys-1 gəmisi və ekipaj üzvlərini azad edib.