"Həmsədrlərin səylərini dəstəkləməyə davam edəcəyik" - ATƏT sədri
11.01.2018
"Biz ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini dəstəkləməyə davam edəcəyik".
Bu sözləri ATƏT-in fəaliyyətdə olan sədri, İtaliyanın xarici işlər naziri Angelino Alfano ATƏT Daimi Şurasında ölkəsinin prioritetlərini açıqlayarkən deyib.
Qeyd edək ki, bu il yanvarın 1-dən ATƏT-ə İtaliya sədrlik edir.