Londonda Kəşmir etirazı: Modi, çay dəmlə!
15.08.2019
İngiltərənin paytaxtı Londonda minlərlə insan Hindistanın Kəşmir bölgəsinin xüsusi statusunun ləğv etməsinə etiraz olaraq küçələrə çıxıb.
Etirazçılar Hindistan Ali Komissarlığının önünə toplaşıblar.
Onlar Pakistan və Kəşmir bayraqları dalğalandıraraq Hindistan Baş naziri Narendra Modini faşizmdə ittiham ediblər.
İngiltərənin müxtəlif bölgələrindən Londona gələn nümayişçilər "Kəşmir yanır”, "Azad Kəşmir”, "Modi: Döyüşmə, çay dəmlə” kimi şüarlar səsləndiriblər.