Van Deyk Ronaldo və Messiya qarşı
15.08.2019
UEFA versiyasına görə, ilin ən yaxşı futbolçusu adına namizədlərin adları açıqlanıb.
Bu barədə Avropa futbol qurumunun saytında məlumat yer alıb.
"Yuventus”un portuqaliyalı hücumçusu Kristiano Ronaldo, "Barselona”nın argentinalı hücumçusu Lionel Messi və "Liverpul”un hollandiyalı müdafiəçisi Vircil Van Deyk mükafata sahib olmaq uğrunda yarışacaqlar.
Qalib avqustun 29-da Monakoda keçiriləcək UEFA Çempionlar Liqasının qrup matçlarının püşkatması zamanı bəlli olacaq.