ABŞ-dan Ukraynaya dəstək: Hazırıq
15.08.2019
Ukrayna NATO üzvlüyünə iddia edə bilər.
Bunu "Ukrainskaya Pravda” saytına müsahibəsində ABŞ-ın Ukraynadakı müvəqqəti işlər vəkili Uilyam Teylor deyib.
"Bizim tərəfimizdən dəstəyə gəlincə, mənim cavabım sadədir. ABŞ hesab edir ki, Ukrayna NATO üzvlüyünə iddia edə bilər və biz Kiyevin üzvlük haqqında müraciətini dəstəkləməyə hazırıq. Ukrayna bu addımı atmağa hazırlaşdığı vaxtdan ABŞ ona ordusunu yeniləməkdə və gücləndirməkdə yardım edir”, – deyə o bildirib.