Kürd antropoloq həbs edildi
15.08.2019
İran hüquq mühafizə orqanları məşhur antropoloq Kamil Əhmədini naməlum ittihamlarla saxlayıblar.
Bu məlumatı "Teleqraf” qəzeti Əhmədinin həyat yoldaşı Şəfəq Rəhmaniyə istinadən yayıb. O, Əhmədiyə 1 aylıq həbs verildiyini bildirib.
Qəzet kürd əsilli antropoloqun Tehrandakı evində bazar günü həbs edildiyini vurğulayıb.
Qeyd edək ki, Əhmədi ikili vətəndaşlığa sahibdir. O, İranla bərabər, həm də Britaniya vətəndaşıdır.