Dünya bu türkdən danışır
15.08.2019
Almaniyanın paytaxtı Berlində aylardır polis kimi fəaliyyət göstərən və özünü Lara kimi təqdim edən şəxsin türk əsilli kişi olduğu üzə çıxıb.
Əsl adı Ömər olan "qadın polis” özünü türklərin çoxluq təşkil etdiyi Veddinq səmtində ələ verib.
Polislər avqustun istisində qış polis geyimində gəzən qadın həmkarlarından şübhələnərək ona yaxınlaşıblar. Özünü Lara kimi təqdim edən şəxs sənədini göstərmədiyindən dərhal onun üstündə axtarış aparıblar.
Almaniyada hamının təəccübünə səbəb olan "qadın polis”in Ömər adlı türk əsilli Almaniya vətəndaşı olduğu məlum olub.