İŞİD terrorçusu özünü partladıb - VİDEO
17.04.2018
Rusiyanın Rostov vilayətində terror aktı planlaşdıran İŞİD terror qruplaşmasının üzvü saxlanılan zaman özünü partladıb.
"Dövran Media"nın "RİA Novosti”yə istinadən məlumatına görə, qruplaşmanın üzvləri ölkənin cənubunda silahlı hücum hazırlayıblar.
Xüsusi əməliyyat zamanı qruplaşmanın lideri zərərsizləşdirilib. O, hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərib və kustar üsulla hazırlanmış bombanı işə salıb. Partlayış nəticəsində ekstremist ölüb.
Bundan əlavə, əməliyyat zamanı qruplaşmanın üç üzvü həbs edilib. Hadisə yerində AK-74 avtomatı və əl qumbaraları aşkarlanıb.
Əməliyyat-axtarış tədbirləri davam etdirilir.