Nazirlikdən tələbələrə şad xəbər
14.08.2019
Azərbaycanda ödənişli əsaslarla ali təhsil alan tələbələrə ödənişi hissə-hissə verməklə bağlı şərait yaradılacaq.
Xəbər verildiyi kimi, bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov məlumat verərək bildirib.
"Yeni qəbul olunan tələbələrin nəzərinə!
Təhsil Nazirliyinin kollegiyasının qərarına əsasən, ali təhsil müəssisələrinin rəhbərlərinə tapşırılsın:
- Ödənişli təhsil alan tələbələrin təhsil haqlarını təhsil aldığı müddətdə yarımilliklər üzrə ödənilməsinə şərait yaratsınlar".