21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Putinin partiyası reytinqini itirdi

14.08.2019

Vahid Rusiya Partiyasının təqaüd islahatlarından sonra sonra reytinqi aşağı düşüb, amma bununla belə digər partiyaların reytinqində də artım müşahidə edilməyib.
Xəbər verildiyi kimi, bu nəticə "Levada Çentr”in apardığı tədqiqatdan sonra ortaya çıxıb.
Məlumata görə, Vahid Rusiyanın dəstəyi 31%-dən 28%-ə qədər geriləyib. Ondan sonrakı yerlərdə dayanan Kommunist Partiyası 11%, Liberal Demokrat Partiyası 10%, Rusiya Kommunistləri Partiyası 3%, Ədalətli Rusiya Partiyası 2% dəstəkçiyə sahib olub.
Bu göstəricilərə rəğmən Vahid Rusiyaya seçkidə səs verməyə hazır olan respondentlər ümumi sorğu iştirakçılarının 44%-ni təşkil edib. Kommunist Partiyasında bu göstərici 17%, Liberal Demokrat Partiyasında isə 16% olub.
41% rusiyalı isə hələ də kimə səs verəcəyini və ya ümumiyyətlə, seçkidə iştirak edib-etməyəcəyini bilmədiyini açıqlayıb. "Levada Çentr” bunun 2016-cı il parlament seçkisindən bu yana qeydə alınan maksimal göstərici olduğu vurğulanıb.
Şirkətin direktoru Lev Qudkov nəticələrlə bağlı "Vedomosti” qəzetinə açıqlamasında artıq Rusiyada Vahid Rusiya Partiyasını dəstəkləməkdən imtina edən insanların passiv kütlələr sırasına qoşulduğunu və özləri üçün heç bir alternativ müəyyən etmədilərini bildirib. O bunun növbəti seçkidəki aktivlik göstəricisinə birbaşa təsir edən faktor olacağını deyib.