Hökumət bu itkini 10 dəfə azaldıb – Burcanadze
14.08.2019
Gürcüstan hökumətinin turizm sektorunda maliyyə itkiləri ilə bağlı açıqladığı rəqəm 10 dəfədən çox azaldılıb.
Xəbər verildiyi kimi, bunu NSN televiziyasında çıxışı zamanı Gürcüstan parlamentinin eks-spikeri Nino Burcanadze deyib.
"Mənim fikrimcə, 60 milyonluq rəqəm azaldılmış göstəricidir. Bütün ekspertlər zərərin 10 dəfədən çox - təxminən 700 milyon dollar olacağını deyirdilər. Bunun haqqında çoxları danışırdılar”, - deyə o bildirib.