Şoyqunu izləyən qırıcı bu ölkəyə məxsus imiş
14.08.2019
Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun təyyarəsi Baltik dənizində neytral suların üzərindən keçərkən onu izləyən NATO-nun "F-18” qırıcısı İspaniya Hərbi Hava Qüvvələrinə aiddir.
"İnterfax” xəbər verir ki, bu təyyarələr NATO-nun hava polisinə aiddir və əsas vəzifəsi Baltikyanı ölkələrin hava məkanını qorumaqdır.
Qeyd edək ki, nazirin olduğu təyyarə Kalininqraddan Moskvaya uçurmuş. Onu Baltika donanmasının dəniz aviasiyasının iki "Su-27” qırıcısı müşayiət edib.
"F-18” təyyarəsi S.Şoyqunun olduğu avialaynerə yaxınlaşmaq istəyib, ancaq "Su-27”lərin pilotları onu sıxışdıraraq uzaqlaşdırıblar.