Paşinyan Qarabağa 6 milyon ayıracaq
14.08.2019
Ermənistan qondarma Dağlıq Qarabağ rejiminə 6 milyon dollar həcmində maliyyə yardımı göstərəcək.
Bu məlumatı öz Feysbuk səhifəsində Ermənistan Baş naziri Nikol Paşinyan paylaşıb.
O bu məbləğin təqaüdə ayrılmış qondarma rejim hərbçilərinin mənzil problemlərinin həllinə yönəldiləcəyini bildirib. Paşinyan separatçı rejimin hərbçilərinin problemlərini 2023-cü ilə qədər həll edəcəklərini deyib.