Qorbaçovun səhvi bu oldu - ADR-in son lideri
13.08.2019
Qorbaçov Berlin divarının dağıdılmasından sonra SSRİ-nin imkanlarını doğru dəyərləndirə bilmədi.
Bunu Almaniya Demokratik Respublikasının son Baş naziri Hans Modrov "RİA Novosti”yə açıqlamasında deyib.
"SSRİ-nin ADR-də 350 min hərbçisi var idi. Moskva yalnız bu hərbçilərin evə necə qaytarılması barədə müzakirə aparırdı. Nə NATO, nə də Qərb hərbi hissələrinin Almaniyadan çıxarılması barədə danışıqlar gedirdi. Mənə aydındır ki, Qorbaçov böyük siyasətçi deyildi”, - o bildirib.
Qeyd edək ki, 155 kilometr uzunluğu olan Berlin divarı 1961-1990-cı illərdə mövcud olub.