TANAP layihəsinin xərci - AÇIQLAMA
17.04.2018
Azərbaycan qazının Türkiyə və buradan Avropaya nəqli üçün inşa olunan Trans Anadolu Boru Kəməri (TANAP) layihəsinə indiyədək 5,6 mlrd. ABŞ dolları xərclənib.
"Dövran Media" xəbər verir ki, bunu TANAP-ın baş direktoru Saltuk Düzyol jurnalistlərə bildirib.
O qeyd edib ki, TANAP-ın ümumi dəyəri 7,99 mlrd. dollar təşkil edir. İndiyə qədər 5,6 mlrd. dollar vəsait xərclənib. Layihənin ilkin dəyəri 11,8 mlrd. dollar dollar olub, yəni 32% qənaət olunub.
TANAP-ın səhmdarları indiyədək 3,75 mlrd. dollar kredit cəlb edib.