70 min ailəyə qurban payı verildi - FOTO
13.08.2019
Heydər Əliyev Fondu tərəfindən aztəminatlı ailələrə qurban paylarının verilməsi başa çatıb.
Fondun Mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Qurban bayramı münasibətilə aztəminatlı ailələrə qurban paylarının çatdırılması bu gün də davam edib.
Qeyd edək ki, avqustun 11-dən etibarən başlayan və Bakının rayonları, eləcə də respublikanın bütün regionlarını əhatə edən layihə zamanı 70 minə yaxın aztəminatlı ailənin bayramı təbrik edilib, onlara qurban payları verilib.
Heydər Əliyev Fondunun əməkdaşları və Fondun "Regional İnkişaf” İctimai Birliyinin könüllüləri bu gün Bakı şəhərində, Füzuli, Beyləqan, Goranboy və digər rayonlarda ünvanlı sosial yardım alan növbəti ailələrə baş çəkib və Fondun adından qurban payları çatdırıb.