İmamoğludan şok Ərdoğan açıqlaması
13.08.2019
"Cənab prezident 1994-cü ildə İstanbul şəhər bələdiyyə sədri seçilməsi nə qədər simvolikdirsə, mənim də bu posta seçilməyim o qədər simvolikdir”.
Bunu İstanbul şəhər bələdiyyə sədri Əkrəm İmamoğlu deyib.
İmamoğlu bu posta seçilməsinin Prezident Rəcəb Tayyib Ərdoğanın böyük siyasətə gəlişinə oxşadığını bildirib:
"İstanbulun bələdiyyə sədri olmaq, milli platformada özünə yer etmək deməkdir. Çünki İstanbulun 16 milyon əhalisi var. Bunun Türkiyəyə təsir dairəsinə baxsaq, bütün Türkiyənin sizin arxanızca gəldiyini görə bilərsiniz”