Dinləri birləşdirən ibadətgah TİKİLİR
17.04.2018
"Dövran Media" xarici mətbuata istinadən xəbər verir ki, yaxın bir neçə ildə Berlinin mərkəzində universal ibadət evi yaradılacaq ki. Eyni vaxtda üç dinin nümayəndələrinin - xristianlar, müsəlmanlar və yəhudilərin bura gəlmək imkanı olacaq. Bu layihə House of One (Vahid Ev) adını alıb. Xristian kilsəsi, məscid və sinaqoqun yerləşəcəyi məbədin inşasına artıq gələn ildən başlanacaq və tikintisi iki il davam edəcək. İbadət evi isə Berlinin lap mərkəzində - Balıqçı adasında yerləşəcək. Binanın inşasında bu dinlərin ibadətgahları üçün səciyyəvi olan bütün memarlıq xüsusiyyətləri nəzərə alınacaq. O cümlədən, memarlar sinaqoq və məscidin üzü şərqə tərəf olmasını planlaşdırırlar. Bu layihənin müəllifləri bildirirlər ki, müxtəlif dinlərin nümayəndələri arasında ideya və fikir mübadiləsini təşviq etmək üçün onlar nəinki bir dam altında onları yerləşdirmək istəyir, həm də ibadətgahın mərkəzi zalında xüsusi ümumi yığıncaqların keçirilməsini də nəzərə alıblar. Belə bir diskussiyalara həmcinin ateistlər də cəlb olunacaq.