Gürcüstan 60 milyon itirdi
12.08.2019
Gürcüstanın iyul ayında turizmdə itkiləri 60 milyon dollara çatıb.
Bunu Gürcüstanın Baş naziri Mamuka Baxtadze deyib.
Baş nazir ölkə rəhbərliyinin turizmdə əvvəlki dinamikanın qaytarılmasına çalışdığını bildirib.
"Atdığımız addımlar turizm sektorunda artan dinamikaya mütləq qayıdacağımızı söyləməyə əsas verir", - M. Baxtadze bildirib.