Ukraynada aksiyalar başladı
12.08.2019
Ukraynanın Donetsk vilayətindəki iki kömür şaxtasının işçiləri maaşlarının artırılması tələbi ilə aksiyaya başlayıblar.
Bu barədə Mədənçilərin Müstəqil Həmkarlar İttifaqının rəhbəri Mixail Volınets məlumat verib.
"Bu gün "Kuraxovskaya” mədəninin şaxtaçıları aksiyaya başlayıb. Onlar Novoselidovo rayonunda yolu bağlayıb. Aksiyaçılara "Ukrayna” mədəninin şaxtaçılara da qoşulub. Şaxtaçılar iki aydır verilməyən maaşlarının tam ödənilməsini də tələb edirlər”, - Volınets yazıb.