21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Medvedev: Rusiya Xəzərin statusu haqqında sənədi tezliklə ratifikasiya edəcək

12.08.2019

Xəzərin hüquqi statusu haqqında Konvensiya Rusiya tərəfindən yaxın zamanlarda ratifikasiya ediləcək.
TASS xəbər verir ki, bu barədə Rusiyanın Baş naziri Dmitri Medvedev I Xəzər iqtisadi forumunda bəyan edib.
D.Medvedev bildirib ki, Rusiya bu sənədi yaxın vaxtlarda ratifikasiya etmək niyyətindədir.
O vurğulayıb ki, Konvensiya sayəsində Xəzəryanı ölkələr bir-birinin maraqlarına hörmətlə yanaşaraq qarşılıqlı həll yolları tapa bilərlər.
Baş nazir qeyd edib ki, sənədi imzalayan dövlətlər iqtisadiyyatın yalnız xammal tərəfi ilə kifayətlənməli deyillər.
Xatırladaq ki, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya 2018-ci ilin avqust ayında Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan tərəfindən imzalanıb.