Partlayış: kürd hərbçilər öldü
11.08.2019
Suriya Demokratik Qüvvələrinin (SDQ) nəzarətində olan Hasekə əyalətində partlayış baş verib.
Bu barədə "Əl Vətən” qəzeti məlumat yayıb.
Məlumata görə, partlayış SDQ qüvvələrinin ərazidə patrul xidməti apardığı vaxt baş verib. Nəticədə 4 hərbçi ölüb.
Partlayışla bağlı məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.
Qeyd edək ki, Hasekə əyaləti də daxil olmaqla Suriyanın şimal-şərq hissəsinin rayonları ABŞ-ın dəstəklədiyi kürd Suriya Demokratik Qüvvələrinin nəzarətindədir.