Kəşmirdə komendant saatı ləğv edilir
10.08.2019
Hindistan polisi Cammu və Kəşmirdə müsəlmanlar üçün tətbiq etdiyi komendant saatını ləğv edəcək.
Bu məlumatı "NDTV Kxabar” saytı yayıb.
Məlumata görə, komendant saatı müsəlmanların məscidə getməsinə imkan yaratmaq məqsədilə ləğv ediləcək. Bununla belə, polisin bölgənin böyük şəhərlərində təhlükəsizlik üçün patrul fəaliyyəti həyata keçirəcəyi vurğulanıb.