Qorbaçovun vəziyyəti ağırdır
10.08.2019
SSRİ-nin keçmiş Prezidenti Mixail Qorbaçovun vəziyyəti ağırlaşıb.
Bu barədə jurnalist Aleksey Venediktov məlumat yayıb.
Onun sözlərinə görə, Qorbaçov son 6 ayı demək olar ki, xəstəxanada keçirib.
Venediktov qeyd edib ki, o, ara-sıra eks-prezidentlə görüşür: "Beyni ilə bağlı hər şey qaydasındadır. Çox çətin yeriyir, üst-üstə xeyli xəstəliyi var. Son 2 ildir ki, vəziyyəti çox ağırdır”