Ərdoğan bu məsələdə Rusiya ilə oynayır - Baturin
10.08.2019
Ərdoğan Krımın anneksiyasını tanımamaqla özünün köhnə oyununu oynayır.
Bunu "RİA Novosti”yə açıqlamasında rusiyalı politoloq Denis Baturin deyib.
"Bu, Ərdoğanın köhnə oyunudur. O, Krımı Rusiya ərazisi kimi tanımır, amma Rusiyadan S-400 alır və ABŞ-la konfliktə girir. O, Krım tatarlarının maraqlarından danışanda ilk növbədə özünün elektoral hədəflərini güdür. Türkiyə prezidentindən digər ritorika gözləməyə dəyməz. O, xarici siyasətdə bütün güc mənbələri ilə məsafəsini qorumaq üçün qəfil hərəkətlər etməyə və bəyanatlar verməyə davam edəcək”, – deyə o bildirib.
Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşdən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın Krımı Rusiya ərazisi kimi heç vaxt tanımayacağını bəyan edib.