Pişiklər niyə ot yeyir?
10.08.2019
Alimlər pişiklərin ot yemələrinin səbəbini müəyyən ediblər.
"Naked Science” nəşri xəbər verir ki, tədqiqatçılar bu məqsədlə mindən çox pişiyin sahibi arasında sorğu keçiriblər.
Heyvan sahibləri gündə üç saat ərzində pişiklərini müşahidə ediblər və müəyyən ediblər ki, heyvanların 71 faizi müşahidə aparılan dövr ərzində altı dəfə otu gəmirməyə çalışıb. Pişiklərin yalnız 11 faizində bu, müşahidə olunmayıb.
Mütəxəssislər hesab edirlər ki, otu yemək pişiklərin instinktiv ehtiyacıdır. Belə ki, otun çeynənilməsi onlara bağırsaq parazitlərindən xilas olmağa kömək edir.
Bu, həzm traktı əzələlərinin işini stimullaşdıran xüsusi komponentlər hesabına baş verir. Alimlər pişiklərin ot yeyərkən zəhərlənməmələri üçün zoomağazalardan ot almağı məsləhət görüblər.