Husi liderinin qardaşı öldürüldü
10.08.2019
Yəməndəki Husi qiyamçılarının lideri Əbdül Malik əl Husinin qardaşı qətlə yetirilib.
Bu məlumatı husilərin nəzarətində olan "Əl Masirah” televiziyası yayıb.
Öldürülən şəxsin adının İbrahim Bədrəddin əl Husi olduğu bildirilib. Husilər onun ABŞ, İsrail və Səudiyyə Ərəbistanının nümayəndələri tərəfindən qətlə yetirildiyini açıqlayıblar.