Türklərə hücum: 2 hərbçi yaralandı
09.08.2019
Suriyanın şimalındakı Afrin rayonunda Türkiyəyə məxsus hərbi hissəyə hücum edilib.
Dövran Media Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində iki türk hərbçisi yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Hücumu PKK terror təşkilatının Suriyadakı qolu olan PYD/YPG terrorçuları törədib.
Hadisədən sonra Türkiyə ordusu bölgədə reydlərə başlayıb.