Türkmənbaşı Xəzər sahilində
09.08.2019
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Nazirlər Kabinetinin üzvləri ilə birgə Xəzər dənizi sahilində veloyürüş təşkil edib.
Berdiməhəmmədov yürüş zamanı öz velosipedinə quraşdırdığı aparatda nəvəsi Kərimin yeni musiqisini dinləyib. Yeni musiqinin "Yaşa Türkmənistan” adlandığı vurğulanıb.
Qeyd edək ki, Berdiməhəmmədov velosipedin böyük həvəskarı sayılır. O, mütəmadi olaraq ölkədə veloyürüşlər keçirir. Sonuncu dəfə 13 iyunda Berdiməhəmmədov velosipedlə hərəkət edib, atəş açmaq bacarığını nümayiş etdirmişdi.