AB-dən Rusiyaya yaşıl işıq?
09.08.2019
Polşa Avropa Birliyinin bəzi üzvlərinin Rusiyaya daha mehriban yanaşmasından narahatdır.
Bunu "Röyter” agentliyinə müsahibəsində Polşa Xarici İşlər nazirinin müavini Marçin Pşidaç deyib.
"Bəzi Avropa liderləri hələ bilmirlər ki, onların fəaliyyətləri münasibətlərin yenidən qurulmasına cəhd kimi görünür. Əgər bu belədirsə, demək, onlar uzaqgörən deyillər. Moskva ilə münasibətlərin normallaşması, Avropanın Rusiyanın Krıma görə məsuliyyətdən yayınmasına icazə verəcəyi ilə bağlı Kremlə siqnalı olacaq”, - o bildirib.