Dünyaya daha qəddar qadınlar lazımdır - Ancelina
08.08.2019
Ameriaklı aktrisa Ancelina Coli müasir qadınların cəmiyyətdəki rolundan danışarkən, qadınları daha qəddar olmağa səsləyib.
Aktrisa bu barədə "Elle"yə müsahibəsində deyib.
Salem ifritələrinin dövrünü xatırladan Coli bu gün demokratik ölkələrdə siyasi postlara iddialı olan qadınların ifritə adlandırılmasından təəssüfləndiyini dilə gətirib.
O bildirib ki, hər vasitə ilə qadınların ictimai-siyasi həyatda ikinci rolda saxlamasına çalışılır. O, eyni zamanda qadınlara cəmiyyətdə olan bu ədalətsiz münasibətdən yorulanlara daha dözümlü olub, sərt mövqe sərgiləməyi tövsiyə edib: "Əgər bu qəddarlıqdırsa, o zaman dünyaya daha qəddar qadınlar lazımdır".