Manatın məzənnəsi dəyişməz qalıb
08.08.2019
8 avqust 2019-cu il tarixində Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.
"APA-Economics”in AMB-yə istinadən verdiyi məlumata görə, hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.