Atambayevin adamı xüsusi təyinatlını güllələyib
08.08.2019
Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət komitəsi eks-prezident Almazbek Atambayevin tərəfdarlarını xüsusi təyinatlı qüvvələrin əməkdaşını öldürməkdə ittiham edib.
Komitə insident zamanı Atambayevi müdafiə edənlərin snayper tüfəngi ilə xüsusi təyinatlı qüvvələrin əməkdaşını vurduğunu qeyd edib.
Komitə həmçinin baş verən hadisə zamanı əməkdaşlarının yalnız rezin güllələrdən istifadə etdiyini açıqlayıb.